Millimizin məşqçisindən ilk açıqlamabackend

İtaliyalı mütəxəssis Klaudio Beluççi Azərbaycan milli komandasında işləyəcəyini təsdiqləyib.

Sportfan.az xəbər verir ki, bu haqda “Sky Sports”a müsahibəsində 45 yaşlı mütəxəssis bildirib. O, millimizə baş məşqçi vəzifəsinə təyinatı gözlənilən Canni de Byazinin köməkçisi işləyəcəyini söyləyib.

“Mən son bir ildə cənab Byazi ilə çalışmışam. İndi yeni işə başlayırıq. Düşünürəm ki, bu, bizim üçün yeni mərhələdir” – deyə o qeyd edib.

Xatırladaq ki, millimizdə Beluççi ilə yanaşı Arif Əsədov və Benni Karbonenin də məşqçi kimi çalışacağı dəqiqləşib.