Millimizin sabiq futbolçuları bir klubda oynaya bilərbackend

Türkiyənin TFF I liqasında mübarizə aparan “Altınordu” klubu Azərbaycan millisinin daha bir sabiq futbolçusunu heyətinə qatmaqda maraqlıdır.

Sportfan.az xəbər verir ki, hücumçu Dəniz Yılmaz İzmir təmsilçisinə keçə bilər.

“Elazığspor”un da diqqət mərkəzində olan 33 yaşlı oyunçu bir ildən sonra yenidən yaşıl meydanlara dönməyə çox yaxındır. Ötən ilin yayında “Gənclərbirliyi”dən ayrılan Yılmaz iki komanda arasında seçim edəcək. O, “Altınordu”ya keçərsə, millimizin daha bir sabiq oyunçusu Ufuk Budakla komanda yoldaşı olacaq.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan millisinə çağırılan və 2 oyunda meydana çıxan Dəniz Yılmaz karyerası ərzində ümumilikdə 338 matç keçirib, 115 qol vurub, 31 məhsuldar ötürmə verib.