Millimizin sabiq üzvü könüllü orduya yazıldıbackend

Gündən-günə Azərbaycan Ordusunda könüllü şəkildə xidmət etmək istəyənlərin sayı artır.

Sportfan.az xəbər verir ki, orduya könüllü şəkildə yazılanlar arasında azərbaycanlı idmançılar da var.

Bunlardan biri millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun yeni üzvü Elvin Məmmədovdur.

Bu gün 32 yaşını qeyd edən, Tovuzda anadan olmuş futbolçu onlayn şəkildə elektron müraciət formasını doldurub.

View this post on Instagram

Mende haziram🇦🇿🇦🇿🇦🇿🇦🇿💪

A post shared by Elvin Mamedov (@elvin.mammadov10) on