Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sportfan.az xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz II tur çərçivəsində Kiprlə qarşılaşacaq.
Turnirə məğlubiyyətlə başlayan Canni de Byazinin yetirmələri birinci səfər matçına çıxacaq. Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan komandamız ilk xal üçün mübarizə aparacaq.
Oyun Nikosiyanın GSP stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.
Millətlər Liqası
II tur, 8 sentyabr
C liqası, I qrup
22:45. Kipr – Azərbaycan
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Nikosiya. GSP stadionu