Millimizin tarixində- 6-cı əcnəbibackend

Azərbaycan millisinin baş məşqçisi təyin olunan Canni de Byazi yığma tarixinə 6-cı legioner çalışdırıcı kimi düşüb.

Sportfan.az-ın xəbərinə görə, 1992-ci ildə yaradılan komandanı italiyalı mütəxəssisə qədər 5 əcnəbi çalışdırıb.

Yığma tarixinin ilk legioner baş məşqçisi Karlos Alberto Torres olub. Braziliyalı 2004-05-ci illərdə bu postu tutub.

2007-ci ilin sonlarında boş qalan vəzifəyə gətirilən makedoniyalı Qyoko Hacıyevski müvəqqəti rəhbərlik etdiyi yığmada bir neçə ay keçirib. O, 2008-ci il fevralında millidən ayrılıb.

İki il sonra almaniyalı əfsanə Berti Foqts yığmanın “sükanı arxası”ana keçib. Bundestimi Avropa çempionu edən mütəxəssis 6 il 6 ayda millimizdə çalışıb.

Digər iki əcnəbi isə xorvatiyalı olub. 2014-17-ci illərdə Robert Prosineçki, 2019-cu ildə isə Nikola Yurçeviç Azərbaycanın əsas komandasına rəhbərlik edib.

Qeyd edək ki, De Byazi millinin tarixinə ümumilikdə 17-ci baş məşqçi kimi düşüb. İndiyədək komandamız 16 çalışdırıcının (və ya bu vəzifəni müvəqqəti icra edən) rəhbərliyi altında meydana çıxıb. İtaliyalı mütəxəssislə müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.