Millimizin üzvü Almaniya çempionu oldubackend

Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub.

Sportfan.az xəbər verir ki, 35 yaşlı qrossmeyster buna “OSG Baden-Baden” komandasının heyətində nail olub. Onun komandası sonuncu – 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da çıxış etdiyi “Vernhaym”a qalib gəlib- 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib – 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoydan üstün olub- 1:0.

Bu nəticədən sonra “OSG Baden-Baden” xallarının sayını 14-ə çatdırıb və  çempionatda maksimum nəticə ilə qalib olub. “Vernhaym” isə 12 xalla gümüş medallara yiyələnib.