Millimizin üzvü üçün 90 dəqiqəbackend

Çexiya 2-ci divizionunda 29-cu turun oyunları keçirilib.

Busaat.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Usti nad Labem”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Fərid start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.