Millimizlə oyunda çıxış etməyəcək- “Lion”un futbolçusubackend

Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan millisinin qonağı olacaq 21 yaşadək futbolçulardan ibarət Fransa millisi daha bir itki ilə üzləşib.

Sportfan.az Fransa mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Ceff Rene-Adelayde yığmamızla görüşü buraxacaq.

Gürcüstanla oyunun (2:0) 26-cı dəqiqəsində sağ ayaq əzələsindən xəsarət alan  “Lion”un üzvü Azərbaycana yollanan heyətdə yer alsa da, meydana çıxmayacaq.

Qeyd edək ki, bun qədər Fransa millisinin digər yarımmüdafiəçisi İmran Louza da səhhətindəki problemə görə heyətdən çıxarılmışdı.

Bu gün Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan – Fransa görüşü saat 21:00-da start götürəcək.