Millini çalışdırmaq arzusundadır- Yurgen Kloppbackend

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millini çalışdırmaq arzusundadır.

sportfan.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirib ki, “Liverpul”la müqavilə müddətinin sonuna 4 il qalan təcrübəli mütəxəssis sözləşməsi bitdikdən sonra bir il dincəlmək, daha sonra isə Bundestimin sükanı arxasına keçmək niyyətindədir. Həmin vaxt isə onun 58 yaşı olacaq.

Qeyd edək ki, Almaniya yığmasının hazırkı baş məşqçisi Yoahim Lövdür. Onun sözləşmə müddəti 2022-ci ilin yayına qədərdir.