“Molde” “Ferensvaroş”a, “Omoniya” “Olimpiakos”a qarşı – Çempionlar Liqasıbackend

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Sportfan.az xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutacaq.

“Qarabağ”ı Çempionlar Liqasından uzaqlaşdıran “Molde” Norveçdə “Ferensvaroş”la üz-üzə gələcək. “Olimpiakos” isə “Omoniya”nı sınağa çəkəcək.

Digər qarşılaşma Liqa yolunda keçiriləcək. “Gent” Kiyev “Dinamo”sunu qəbul edəcək.

Qeyd edək ki, bu üç cütdə cavab oyunları sentyabrın 29-a təşkil olunacaq.

Çempionlar Liqası
Pley-off, ilk oyunlar

23 sentyabr 
23:00. “Olimpiakos” (Yunanıstan) – “Omoniya” (Kipr)
23:00. “Molde” (Norveç) – “Ferensvaroş” (Macarıstan)
23:00. “Gent” (Belçika) – “Dinamo” (Ukrayna)