“Molde”yə qarşı – “Qarabağ”backend

Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək.

Sportfan.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” ilə qarşılaşacaq.

Ağdam təmsilçisinin Norveç çempionu ilə qarşılaşması Kiprdə baş tutacaq. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz keçiriləcək.

Bu cütün qalibi pley-offda “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

Qeyd edək ki, Çempionlar Liqasında növbəti mərhələnin oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Çempionlar Liqası
Çempionlar yolu, III təsnifat mərhələsi
16 sentyabr
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”