Monaco ulduz futbolçusuyla yollarını ayırdıbackend

Monaco klubu futbolçusu Stevan Yovetiçlə yollarını ayırıb.

Sportfan.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin idman direktoru Pol Mitçell Lequipe nəşrinə açıqlamasında deyib. Mitçell, Yovetiçin müddəti bitən müqaviləsini yeniləmədiklərini deyib.

Yovetiç 2017-ci ildən Monaco-da çıxış edirdi. 31 yaşlı hücumçunun klubla müqaviləsi iyunun sonuna qədər idi.

Monteneqrolu hücumçu bu mövsüm Liqa 1-də 29 oyunda 6 qol vurub.