“Monako” rəhbərliyi baş məşqçi Robert Morenonu istefaya göndərib.
Sportfan.az xəbər veir ki, bu haqda “L’Equipe” məlumat yayıb.
Knyazlıq təmsilçisi Liqa 1-i 40 xalla 9-cu yerdə başa vurub. Amma koronavirus pandemiyası səbəbindən yarış 28-ci turdan dayandırılıb və PSJ çempion elan edilib.
Moreno 2019-cu ilin dekabrında klubla 2,5 illik müqavilə imzalamışdı.
Bildirilir ki, “Monako” bir neçə futbolçusu ilə də yollar ayırmaq, bununla da maliyyə yükünü azaltmaq istəyir.