Moskva klubunda yeni baş məşqçibackend

Spartak Moskva komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportfan.az  xəbər verir ki, Moskva təmsilçisi Ruy Vitoriyaya həvalə olunub. Bu postda Domeniko Tedeskonu əvəzləyən portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Rusiya mətbuatının iddiasına görə, 51 yaşlı mütəxəssis paytaxt klubunda köməkçiləri ilə birlikdə illik 3,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Ruy Vitoriyanın son komandası Səudiyyə Ərəbistanı təmsilçisi An-Nasr olub.