Mourinyo və futbolçuları stadionun damına çıxdılar – Videobackend

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo və futbolçularının maraqlı görüntüləri yayılıb.

Sportfan.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında 57 yaşlı mütəxəssis və oyunçuların komandanın ev oyunlarını keçirdiyi stadionun damına çıxdıqları görüntülənən video paylaşılıb. Onlar bununla yanaşı stadionun bir sıra təhlükəli yerlərini gəziblər.