İspaniya La Liqasında 2019-2020 mövsümünə yekun vurulub.
Sportfan.az-ın məlumatına görə 38-ci turun bütün oyunları eyni gündə keçirilib.
“Barselona” səfərdə “Alaves”i darmadağın edib. Ötən tur çempionluğunu rəsmiləşdirən “Real” “Leqanes”lə heç-heçə edib.
“Atletiko” – “Real Sosyedad” matçında da qalib müəyyənləşməyib.
Qeyd edək ki, çempion “Real” mövsümü 87 xalla tamamlayıb. “Barselona” 82 xalla 2-ci, “Atletiko” və “Sevilya” hərəyə 70 xalla uyğun olaraq 3-4-cü pillərdə qərarlaşıb. Bu komandalar yeni mövsümdə İspaniyanı Çempionlar Liqasında təmsil edəcəklər.
Mövsümə 5-ci və 6-cı pillədə yekun vuran “Vilyareal”la “Real Sosyedad” isə Avroliqada çıxış edəcəklər. “Leqanes”, “Malyorka” və “Espanyol” isə sonuncu pillələri tutaraq La Liqanı tərk ediblər.
19 iyul
İspaniya La Liqası, 38-ci tur
“Alaves” – “Barselona” – 0:5
Qollar: Fati, 24, Messi, 34, Suares, 44, Semedo, 57, Messi, 75
“Valyadolid” – “Betis” – 2:0
Qollar: Qvardiola, 45+1, Plano, 63
“Vilyarreal” – “Eybar” – 4:0
Qollar: Andre-Frank, 71, Moreno, 86, 89, Qomes, 90+4
“Atletiko” – “Real Sosyedad” – 1:1
Qollar: Koke, 30 – Yanuzay, 88
“Espanyol” – “Selta” – 0:0
“Qranada” – “Atletik” – 4:0
Qollar: Soldado, 29; Puertas, 56, Fernandes, 67, Montoro, 90+3
“Leqanes” – “Real” – 2:2
Qollar: Gil, 45+1, Assale, 79 – Ramos, 9, Asensio, 52
“Levante” – “Xetafe” – 1:0
Qol: Koke, 90+9
“Osasuna” – “Malyorka” – 2:2
Qollar: Adrian, 21, Peres, 68 – Aqbenyenu, 45+1, Budimir, 65
“Sevilya” – “Valensiya” – 1:0
Qol: Requlyon, 55