Mövsümün ən yaxşıları bəlli oldu- A seriyasındabackend

İtaliya A seriyasında mövsümün ən yaxşı futbolçusu bəlli olub.

Sportfan.az xəbər verir ki, mükafata “Yuventus”un hücumçusu Paulo Dibala yiyələnib.

2019/20 mövsümünün ən yaxşı qapıçısı adına onun komanda yoldaşı Voytseh Şensnı layiq görülüb. Stefan De Vrey (“İnter”) ən yaxşı müdafiəçi, Alexandro Qomes (“Atalanta”) ən yaxşı yarımmüdafiəçi seçilib. Çempionatın bombardiri olan Çiro İmmobile (“Latsio”) ən yaxşı hücumçu kimi mükafat alacaq.

Qeyd edək ki, ən yaxşı gənc futbolçu nominasiyasında “Yuventus”a məxsus olub, icarə əsasında “Parma”da oynayan Deyan Kuluşevski fərqlənib.