Mövsümün “Ən”ləri – 2020/21backend

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü arxada qaldı. Sportfan.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla bu çempionatda da görüşünüzə gəldi​. İndisə keçən mövsümün yekunlarıyla bağlı “simvolik yığma”nı və digər nominasiyaları təqdim edirik.

Mövsümün “simvolik yığma”sı

Qapıçı: Matias Albino (“Zirə”, 5)

Müdafiəçilər: Yusuf Laval (“Neftçi”, 6) – Şəhriyar Əliyev (“Keşlə”, 5) – Mamadu Mbodj (“Neftçi”, 5) – Ürfan Abbasov (“Səbail”, 5)

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”, 7) – Vüqar Mustafayev (“Sumqayıt”, 5) – Emin Mahmudov “Neftçi”, 7) – Filip Ozobiç (“Qarabağ”, 9) – Namiq Ələsgərov (“Neftçi”,12)

Hücumçu: Mahir Emreli (“Qarabağ”,10)

Bu “11-lik”də 28 tur ərzində öz mövqelərində “simvolik yığma”ya ən çox düşən futbolçular yer alıb. Mövqelər üzrə “simvolik yığma”ya ən çox son çempion “Neftçi”nin oyunçusu düşüb – 4. Gümüş medalçı “Qarabağ” 3 futbolçuyla təmsil olunub. Qalan 4 yer 4 komandaya məxsusdu – “Zirə”, “Keşlə”, “Səbail” və “Sumqayıt”. “Sabah”la “Qəbələ” bu rəmzi komandada təmsil olunmayıblar.