Mövsümün futbolçusu bəlli oldu- İspaniyadabackend

İspaniya La Liqasında mövsümün sonuna iki tur qalmış ən yaxşı futbolçu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, “WhoScored”in araşdırmasına görə, “Barselona”nın kapitanı Lionel Messi reytinqdə hamını qabaqlayıb.

Argentinalı superulduz hər matçda orta hesabla 8,65 xal toplayıb. Onu “Real”ın iki futbolçusu izləyib. Yarımmüdafiəçi Kasemiro 7,52 xalla ikincidirsə, hücumçu Kərim Benzema (7,45 xal) ilk “üçlüy”ü qapayıb.

La Liqada mövsümün ən yaxşı 10 futbolçusu:
1. Lionel Messi (“Barselona”) – 8,65 xal
2. Kasemiro (“Real”) – 7,52
3. Kərim Benzema (“Real”) – 7,45
4. Luis Suares (“Barselona”) – 7,34
5. Mikel Merino (“Real Sosyedad”) – 7,31
6. Xerard Moreno Balaqero (“Vilyarreal”) – 7,30
7. Raul Qarsiya (“Atletik”) – 7,27
8. Nabil Fekir (“Betis”) – 7,26
9. Lukas Okampos (“Sevilya”) – 7,26
10. Xoselu (“Alaves”) – 7,24.

Qeyd edək ki, La Liqanın bombardirlər yarışına başçılıq edən Lionel Messinin aktivində 22 qol, 20 məhsuldar ötürmə var.