Müqavilə bağlayıb, icarəyə verdi- “Bavariya”backend

“Bavariya” futbolçusu Lukas May ilə müqavilənin müddətini uzadıb.Sportfan.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı alman müdafiəçi ilə yeni anlaşmanın müddəti 2023-cü ilin iyununa qədərdir.

Almaniya çempionu öz yetirməsi olan futbolçunu “Darmştadt” klubuna icarəyə verib. May növbəti mövsümün sonuna qədər 2-ci Bundesliqa klubunda çıxış edəcək.