Müqaviləsi başa çatan futbolçularla bağlı qərar verdi- “Qəbələ”backend

“Qəbələ” klubunun müqaviləsi başa çatan bir neçə futbolçu ilə bağlı qərarı bəlli olub.

Sportfan.az xəbər verir ki, bu barədə  əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.

Klub rəsmisi bütün yerli futbolçuların komandada qalacaqlarını açıqlayıb. Əzizov legionerlərdən Rodriqo Qattas və Merab Giqauri ilə vidalaşdıqlarını söyləyib.

Müqavilələri başa çatan Anar Nəzirov, Sadiq Quliyev, Rasim Ramaldanov, Asif Məmmədovla yeni mövsüm üçün razılığın əldə edildiyini deyən klub rəsmisi digər legionerlərlə danışıqların davam etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, “Qəbələ”nin heyətində Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli “Sabah”a, Klesio Bauk isə “Zirə”yə keçib.