“Napoli” “Barselona”ya, “Çelsi” “Bavariya”ya qarşı – YENİLƏNİRbackend

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportfan.az xəbər verir ki martdan təxirə salınan 1/8 finalın cavab oyunları çərçivəsində son iki matç baş tutacaq.

Almaniyada “Bavariya” “Çelsi”ni sınağa çəkəcək. İngiltərədə üç cavabsız qol vuran Münhen təmsilçisinin 1/4 finala yolunu yalnız möcüzə kəsə bilər.

“Barselona” İspaniyada “Napoli”ni qonaq edəcək. İtaliyada qollu heç-heçə edən rəqiblər Portuqaliyadakı final mərhələsinə vəsiqə üçün mübarizə aparacaq.

Qeyd edək ki, 1/8 finalın təxirə salınan digər iki matçı avqustun 7-də keçirilib.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 avqust
23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: 
Ovidiu Alin Hateqan (Rumıniya)
Münhen. “Alyans Arena”
İlk oyun – 3:0

23:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
Baş hakim: 
Cüneyt Çakır (Türkiyə)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:1