“Napoli” “Trabzonspor”un futbolçusunu alırbackend

“Trabzonspor”un hücumçusu Aleksander Sorlot İtaliyaya köçə bilər.

Sportfan.az xəbər verir ki, “Napoli” 25 yaşlı forvardın xidmətində maraqlıdır.

İcarə əsasında Türkiyə klubunda çıxış edən Sorlot müqavilə ilə “Kristal Pelas”a məxsusdur. Neapol təmsilçisi bu transfer müqabilində Premyer Liqa klubu ilə danışıqlara start verib. “Napoli” Sorlotun keçidi üçün 25 milyon funt-sterlinq ödəməyə hazırdır. Bu isə onun “Trabzonspor”dan ayrılacağı anlamına gəlir.

Qeyd edək ki, Aleksander Sorlot cari mövsüm Super Liqada 23 qolla bombardirlər yarışına başçılıq edir.