“Napoli”dən 81 milyonluq transferbackend

“Lill”in hücumçusu Viktor Osimxen tezliklə İtaliyaya köçəcək.

Sportfan.az xəbər verir ki, Nigeriya millisinin üzvü “Napoli” ilə anlaşıb.

Klublar arasında danışıqlar da artıq müsbət nəticələnib. Razılığa əsasən, Fransa klubu transferdən 81 milyon avroluq gəlir əldə edəcək. Eyni zamanda “Napoli” 24 yaşlı yarımmüdafiəçisi Adam Unanı qarşı tərəfə verəcək.

Qeyd edək ki, Viktor Osimxen “Lill”ə ötən il 14 milyon avro qarşılığında “Şarlerua”dan keçib.