ABŞ liqasında daha bir oyun təxirə salınıb.
Sportfan.az-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyasının futbolçular arasında yayılmasıdır.
Daha bir neçə oyunçunun testlərinin nəticəsi müsbət çıxdığından, MLS-in “Naşvill” – “Çikaqo” görüşü iyulun 9-da baş tutmayacaq. Təşkilatçılar “Naşvill”in 5 futbolçusunda koronavirus infeksiyası aşkarlandığı üçün oyunun başqa tarixə keçirildiyini yayıb. “Dallas”la “Vankuver” arasındakı matç da birincilərin 6 oyunçusunun testinin müsbət nəticələnməsi səbəbindən bir neçə gün əvvəl təxirə salınıb.
Qeyd edək ki, MLS-də yeni mövsüm sabah koronavirus pandemiyası səbəbindən fərqli formatda start götürməlidir.