“Neftçi”nin “Qəbələ”dən heyətinə cəlb etmək istədiyi daha bir futbolçu ilə anlaşma baş tutmayıb.
Sportinfo.az-ın məlumatına görə, Qismət Alıyev bakılıların təklifini son anda geri çevirib.
Yarımmüdafiəçi əsas heyət üzvü olacağına dair zəmanət ala bilmədiyindən, 3 illik müqaviləyə imza atmayıb.
Ondan fərqli, Klesio Bauk maliyyə şərtlərində bakılılarla ortaq məxrəcə gəlməyib. Bu mövsüm “Qəbələ”nin formasını geyinən legioner “ağ-qaralar”dan aylıq 15000 dollar istəyib.
“Qırmızı-qaralar”da maaşı 10 min dollar olan sabiq “İstanbulspor”lu maddi tələbini azaltmadığından bakılılar ondan vaz keçib (sportinfo.az).