“Neftçi” Aqil Məmmədovla müqaviləni yenilədi- Rəsmibackend

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb. Təcrübəli qolkiper 2021/2022-ci illər mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyevlə də müqaviləni uzadıb.