“Neftçi” bəyənmədi- Norveçli futbolçunubackend

Norveç millisinin sabiq futbolçusu Harmet Sinqin karyerasını ölkəmizdə davam etdirmək variantı yaranıb.

Sportfan.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Neftçi”yə təklif olunub.

Son klubu Finlandiyanın HİK klubu olan Sinq menecerlər tərəfindən “ağ-qaralar”a məsləhət görülüb. Orta sahə oyunçusunun illik maaş tələbi 100 min dollar olub. Lakin Azərbaycan Premyer Liqasının gümüş medalçısı “Feyenoord”, “Molde”, “Midtyulland”, “Visla” (Plotsk), “Kalmar” kimi klublarda çıxış etmiş yarımmüdafiəçini bəyənməyib və onun transferindən imtina edib.