“Neftçi”  Klesio Bauku transfer etməyəcəkbackend

“Neftçi” Klesio Baukun adını transfer siyahısından çıxarıb.

Sportfan.az xəbər verir ki, mozambikli yarımmüdafiəçinin şərtləri paytaxt təmsilçisini qane etməyib.

Belə ki, bu mövsüm “Qəbələ” nin formasını geyinən legioner «ağ-qaralar»dan aylıq 15000 dollar istəyib. “Qırmızı-qaralar”da maaşı 10 min dollar olan sabiq “İstanbulsporlu” maddi tələbini aşağı çəkmədiyindən, bakılılar ondan vaz keçib.