“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi – La Liqadabackend

“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri müəyyənləşib.

Sportfan.az xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssis “Tipsbladet.dk” saytına açıqlamasında deyib.

37 yaşlı məşqçi ölkəsinin “Valensiya” klubunda çalışacaq. O, U-18 komandasının baş məşqçisi təyin olunub.

Təəssüratlarını bölüşən Selles bu təyinatın onun üçün yaxşı çağırış olduğunu bildirib: “Valensiya” İspaniyada böyük klubdur. Mən bu şəhərdə anadan olmuşam. Ona görə də bu, ailəmlə birlikdə evimə qayıtmaq üçün yaxşı fürsət oldu”.

Gənc mütəxəssis “Valensiya”nın əsas komandasının baş məşqçisi olmaq istədiyini əlavə edib: “Rəhbərliklə belə razılığa gəldik ki, gələcəkdə şərait yaranarsa, problemsiz irəliyə doğru addım ata bilərəm. İndi isə səbirsizliklə “Valensiya”nın istedadlı gəncləri ilə işləməyi gözləyirəm”.

Qeyd edək ki, Ruben Selles 2012 – 2014-cü illərdə “Neftçi”də, 2015 – 2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. Onun son klubu isə Danimarka “Orxus”u olub.