“Neftçi”də ilk ayrılıq – ÖZƏLbackend

2020/21 mövsümünü çempion qismində başa vuran “Neftçi”də ilk ayrılıq yaşanıb.

sportfan.az xəbər verir ki, bu barədə səbəbkarın özü məlumat verib. Belə ki, müsahibə almaq üçün mesaj yazdığımız Ahmed Ahmedov cavab olaraq “bitti artık” yazıb. Fevralda Sofiya ÇSKA-sından icarə əsasında mövsümün sonuna qədər icarəyə götürülən türkəsilli hücumçu ilə müqavilə yenilənməyib. Belədə yenidən ÇSKA-ya qayıtmalı olub.

Qeyd edək ki, Ahmed “Neftçi”də meydana çıxdığı  oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə vermişdi.