“Neftçi”də Nigeriyalı futbolçu- Rəsmibackend

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçu Yusuf Laval ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 22 yaşlı cinah yarımmüdafiəçisi komandamızın heyətində 24 nömrəli formanı geyinəcək.

İlk klubu “Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində Belçikanın “Lokeren” klubunun heyətində 22 oyun keçirib.