“Neftçi”dən ayrılan futbolçu Yunanıstan klubuna keçdibackend

“Neftçi”dən ayrılan Vangelis Platellasın yeni klubu bəlli olub.

Sportfan.az xəbər verir ki, yunanıstanlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, AEL-ə keçib. Larisa təmsilçisi 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarından bu ilin yayıan qədər “Neftçi”də çıxış edib.