“Neftçi”dən Bolqarıstan millisinin üzvünə təklifbackend

“Neftçi” Bolqarıstan millisinin üzvü Martin Raynovu transfer etmək istəyib.

Sportfan.az “Topsport” nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün təklif göndərib. Ancaq tərəflər arasında razılıq əldə olunmayıb.

Bildirilib ki, M.Raynov gələcəyi ilə bağlı bir az daha gözləyəcək. Əgər o, xaricdən istədiyi təklif almasa, yenidən son klubu  Sofiya “Levski”sinə qayıdacaq.