“Neftçi”nin rəqibi yeni futbolçular alırbackend

“Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Şkupi” klubu heyətinə yeni futbolçular cəlb etmək niyyətindədir.

Sportfan.az  “Ekipa” nəşrinə istinadən xəbər verir ki, klub ölkənin digər təmsilçisi “Vardar”dan Vladika Brdarovski, Ali Adem və Daniel Avramovski ilə maraqlanır.

Klubun idman direktoru Omer Bunyaku bu oyunçuların mümkün keçidi ilə bağlı danışıqların davam etdiyini söyləyib. Avramovski legioner həyatı yaşamaq istəyir və bu səbəbdən onun keçidi real görünmür.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” matçı saat 20:00-da start götürəcək. “Şkupi” daha əvvəl Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadəni də transfer edib.