İngiltərə Premyer Liqası təşkilatçıları XXXIV turun hakim idarəçiliyini müzakirə edib.
Spirtfan.az saytının məlumatına görə, qurum 3 matçda nəticəyə təsir edən ciddi səhvə yol verildiyini etiraf edib.
“Aston Villa” – “Mançester Yunayted” (0:3) görüşünün 27-ci dəqiqəsində referinin ev sahiblərinin qapısına təyin etdiyi penalti qərarının yanlış olduğu açıqlanıb. Həmin zərbəni qola çevirən Bruno Fernandes hesabı açıb.
“Everton” – “Sauthempton” (1:1) matçının 28-ci dəqiqəsində yenə səhvən meydan sahibləri penalti ilə cəzalandırılıb. Ancaq Ceyms-Uord Prouse 11 metrliyi dəqiq yerinə yetirə bilməyib.
“Bornmut” – “Tottenhem” (0:0) oyununda isə Joşua Kinqin ikincilərin hücumçusu Harri Keynə qarşı kobudluğu penalti qərarı ilə nəticələnməli idi. Amma referinin fiti susub.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında sona 4 tur qalıb və “Liverpul” çempionluğu təmin edib.