Neymar 7 oyunluq cəzalandırıla bilərbackend

Fransa Liqasının 3-cü turunun “Marsel”lə matçında (0:1) qırmızı vərəqə alan PSJ-nin futbolçusu Neymar ağır cəzalandırıla bilər.

Sportfan.az RMC-yə istinadən xəbər verir ki, “Marsel”in müdafiəçisi Alvaro Qonsalesi başından yumruqla vuran braziliyalı hücumçuya 7 oyuna qədər cəza verilə bilər.

Xatırladaq ki, Neymar oyundan sonra verdiyi açıqlamada Qonsalesi ona “çirkin meymun” dediyinə görə vurduğunu bildirib.