Neymar ÇL finalında iştirak etməyə bilərbackend

Neymar UEFA Çempionlar Liqasının yarımfinal matçı sonrası“Leyptsiq”in hücumçusu Marsel Halstenberq ilə formasını dəyişdiyi üçün cərimələnə bilər.

Sportfan.az xəbər verir ki, ötən gecə baş tutan “Paris Sen-Jermen” – “Leyptsiq” qarşılaşmasından sonra Neymar və rəqib komandanın oyunçusu formalarını dəyişib.

Braziliyalı oyunçunun koronavirus qaydalarını pozduğuna görə Çempionlar Liqası finalına buraxılmama riski var.

Çempionlar Liqası başlamazdan əvvəl verilən məlumatlara görə, formalarını dəyişən oyunçular bir oyun cəzası almalı və 12 gün ərzində özünü təcrid etmək məcburiyyətindədirlər.

Qeyd edək ki, PSJ avqustun 23-ü baş tutacaq finalda bu gün keçiriləcək “Lion” (Fransa) – “Bavariya” (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.