Neymar yenidən “Barselona”da?backend

PSJ-nin hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

Sportfan.az “Catalunya Ràdio”ya istinadən xəbər verir ki, klub braziliyalı oyunçu üçün mümkün müqaviləni 70-80 milyon avro qiymətləndirir. “Barselona”nın bəzi oyunçularının bu transferdə yer ala biləcəyi ehtimalı var.

Bildirilib ki, Kataloniya təmsilçisinin futbolçuları Neymarın mümkün qayıdışı üçün həyəcanlıdır. 29 yaşlı oyunçunun özü də sabiq klubuna qayıtmaq istəyir.

Qeyd edək ki, bundan əvvəl “Barselona”nın futbolçuları Usman Dembele və  Jan-Kler Todibonu Neymarın transferi ilə bağlı müqaviləyə daxil edəcəyi xəbərləri yayılıb.