Norveçli müdafiəçi “Qalatasaray”da- RƏSMİbackend

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq “Olimpiakos”da oynayan Omar Elabdellauini transfer edib. Norveçli müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, O.Elabdellaui 2019/2020 mövsümündə Yunanıstan təmsilçisində ümumilikdə oynadığı 47 matçda 1 qol vurub.