Növbəti mövsüm 21 klub- Super Liqadabackend

Türkiyə Superliqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub.

Sportfan.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir məlumat verib. O, növbəti mövsüm ölkə çempionatında 21 klubun oynayacağını bildirib.

Özdemir 2020/2021 mövsümünün sonunda 4 klubun Superliqanı tərk edəcəyini, 2021/2022 mövsümündə ölkə çempionatında 20 klubun yer alacağını vurğulayıb.

Beləliklə, cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan “Ankaragücü”, “Yeni Malatyaspor” və “Kayserispor” klubları elitanı tərk etməyəcək.