Nurməhəmmədov – Geyci döyüşünün dəqiq tarixi açıqlandıbackend

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşünün vaxtı bəlli olub.

Goal.az xəbər verir ki, bu barədə dağıstanlı idmançının meneceri Ali Abdel-Aziz məlumat verib.

O, hər iki idmançının UFC 253 turnirində qarşılaşacağını və yarışın sentyabrın 19-da Abu-Dabidə baş tutacağını deyib.

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə məğlub olub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb. (report)