“Olimpiakos” evdə, “Dinamo” səfədə qalib gəldi – “Molde”nin oyununda 6 qolbackend

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportfan.az xəbər verir ki, ikinci gündə 3 matç baş tutub.

“Qarabağ”ı Çempionlar Liqasından uzaqlaşdıran “Molde” Norveçdə “Ferensvaroş”la üz-üzə gəlib. Bol qollu alınan qarşılaşma 3:3 hesabı ilə nəticələnib.

“Olimpiakos” doğma arenasında “Omoniya”nı 2 cavabsız topla üstələyib.

Digər qarşılaşma Liqa yolunda keçirilib. Kiyev “Dinamo”su “Gent” səfərində minimalhesablı qalibiyyət əldə edib.

Qeyd edək ki, bu üç cütdə cavab oyunları sentyabrın 29-a təşkil olunacaq.

Çempionlar Liqası
Pley-off, ilk oyunlar

23 sentyabr 
23:00. “Olimpiakos” (Yunanıstan) – “Omoniya” (Kipr) – 2:0
Valbuena, 69 (pen.), əl-Arabi, 90+2
23:00. “Molde” (Norveç) – “Ferensvaroş” (Macarıstan) – 3:3
Ceyms, 55, Eykrem, 65, Ellinqsen, 83 – Boli, 7, Uzuni, 52, Xaratin, 87
23:00. “Gent” (Belçika) – “Dinamo” (Ukrayna) – 1:2
Kleyndienst, 41 – Supriaqa, 9, de Pena, 79