Ölkəmizdə çıxış etmiş legioner futbolçulardan Azərbaycana dəstək- Şəkillərbackend

Vaxtilə ölkəmizdə çıxış etmiş legioner futbolçular Azərbaycana dəstək olublar.

Sportfan.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçuları – makedoniyalı Muarem Muarem, braziliyalı Vaqner da Silva, albaniyalı Ansi Aqolli, eləcə də “Neftçi”nin seneqallı müdafiəçisi Mamadu Mbodj Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə biganə qalmayıblar.

Onlar sosial şəbəkə səhifələrində Azərbaycanın bayrağı və xəritəsi olan şəkillər paylaşaraq ordumuza dəstək nümayiş etdiriblər.