Onunla birlikdə işləyəcəyim üçün sevinirəm-  Rəşad Sadıqovun köməkçisibackend

“Zirə” bizim üçün yeni sınaq, yeni təcrübə olacaq. Burada çalışacağım üçün şadam”.

Sportfan.az xəbər verir ki  bunu  “Zirə”nin yeni məşqçisi Borçe Xristov deyib.

Bakı klubunun yeni baş məşqçisi Rəşad Sadıqova köməkçi təyin edilən şimali makedoniyalı mütəxəssis Azərbaycana döndüyü üçün sevincli olduğunu söyləyib: “Rəşad Sadıqovun futbolçu karyerası zəngin alındı. O, Azərbaycan futboluna çox şey verdi. Ancaq hər şeyin bir sonu var. Onunla yenidən birlikdə işləyəcəyim üçün sevinirəm. Rəşada mümkün qədər çox kömək etməyə çalışacağam”.

50 yaşlı məşqçi qarşıya qoyulan hədəflərdən də söz açıb. Xristov uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Yeni komandaya keçdiyin zaman hər zaman çətinliklərlə üzləşirsən. Bacardıqca sürətli uyğunlaşma dönəmini geridə qoymaq lazımdır. Hədəflərlə bağlı nəsə demək üçün hələ tezdir. Amma əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, Borçe Xristov “Qarabağ”ın U-19 komandasında və Azərbaycanın U-21 millisində də Rəşad Sadıqovun köməkçisi kimi fəaliyyət göstərib.(apasport)