Ozan Kabak karyerasıyla bağlı qərar verdibackend

 

Ozan Kabak icarə əsasında formasını geyindiyi Liverpool-da qalmaq istəyir.

Sportfan.az xəbər verir ki, türk futbolçu öz açıqlamasında deyib: “Yurgen Klopp kimi məşqçi və bir çox ulduz futbolçu ilə çalışdım. Onlarla məşq etmək inkişafım baxımından çox şey deməkdir. Əlbəttə, qalmaq istəyirəm. Kloppla hələ gələcəyim barədə danışmamışıq. Növbəti mövsüm harda olacağımı görəcəyik. Hadisələrin sonrakı inkişafından asılı olmayaraq, klubdakı hər kəsə mənim üçün etdiklərinə görə təşəkkür edirəm”.

Qeyd edək ki, müqavilə ilə Schalke-yə məxsus olan Kabak yanvardan icarə əsasında Liverpool-da oynayır.