Özbəkistan futbolunda kütləvi yoluxmabackend

Özbəkistan çempionatının daha bir klubunda koronavirus infeksiyası aşkarlanıb.

Sportfan.az xəbər verir ki, “Buxara” klubunda kütləvi yoluxma olduğu açıqlanıb.

Adıçəkilən komandanın 8 futbolçusunun testinin nəticəsi pozitiv çıxıb. “Buxara”dan əvvəl “Bunyodkor”, “Surxan” və “Paxtakor” futbolçularında koronavirusa yoluxma halı yaşanmışdı.

Qeyd edək ki, Özbəkistan çempionatında 8 turdan sonra “Buxara” 2 xalla 14-cü pillədə qərarlaşır.