Özü Kiprdə, gözü Macarıstanda – YENİLƏNİRbackend

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Sportfan.az xəbər verir ki, ikinci oyun günündə 5 matç keçiriləcək.

Çempionlar yolunda mübarizə aparan 10 komanda pley-offa son vəsiqələrin sahiblərini müəyyənləşdirəcək. Azərbaycan çempionu “Qarabağ” Kiprdə Norveç “Molde”si ilə görüşəcək.

Təmsilçimizin yer aldığı cütün qalibinin növbəti mərhələdəki rəqibi Macarıstanda bəlli olacaq. “Ferensvaroş” öz meydanında Xorvatiya çempionu “Dinamo”nu sınağa çəkəcək.

Qeyd edək ki, mərhələnin digər üç oyunu sentyabrın 15-də keçirilib.

Çempionlar Liqası
III təsnifat mərhələsi
16 sentyabr
Çempionlar yolu

19:00. “Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya)
21:00. “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya)
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Belarus)
22:30. “Midtülland” (Danimarka) – “Yanq Boyz” (İsveçrə)