“Özümü 32 yaşında hiss etmirəm” – Levandovskibackend

“Bavariya”nın futbolçusu Robert Levandovski əla fiziki formada olduğunu deyib.

Sportfan.az xəbər verir ki, bu barədə polşalı hücumçu “Kicker” nəşrinə açıqlamasında bildirib: “Özümü 32 yaşında hiss etmirəm. Yalnız fiziki cəhətdən deyil, futbol və texniki qabiliyyət baxımından  26 yaşımdakından daha yaxşıyam. Bu səviyyəyə çatmaq üçün son bir neçə ildə çox çalışdım”.Qeyd edək ki, Levandovski ötən mövsüm “Bavariya”da 47 matçda 55 qol vurub, 10 qolun ötürməsini verib.