“Panatinaikos”a lazım olmayan hücumçunu gətirir – “Neftçi”backend

Vangelis Platellasın gedişindən sonra “Neftçi” daha bir yunanıstanlı futbolçuya maraq göstərir.

Sportfan.az xəbər verir ki, Bakı klubu “Panatinaikos”un hücumçusu Dimitrios Kolovosu heyətinə cəlb etmək fikrinə düşüb.

“Ağ-qaralar” Avropa Liqasının II təsnifat mərhələsində sentyabrın 17-də qarşılaşacağı “Qalatasaray”la görüşə qədər bu keçidi həll etmək niyyətindədir. “Neftçi”nin bu marağı Yunanıstan təmsilçisinin də ürəyincə olub. Çünki 27 yaşlı forvard məşqçilər korpusunun 2020/21 mövsümü üçün planlarında yer almır və 25 nəfərlik əsas komandaya daxil edilməyib. Ancaq Afina klubu ona yalnız icarə əsasında “Neftçi”yə keçmək icazəsi verir. Əgər bakılılar və oyunçu özü bu şərtlərə razı olsa, keçid tezliklə reallaşacaq. “Panatinaikos” Kolovosun durumuna mövsümün sonunda yenidən baxıb, yekun qərarını ona uyğun vermək istəyir.

Qeyd edək ki, Dimitrios Kolovosun “Panatinaikos”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. Ötən ilin yayında “Omoniya”dan alınan futbolçu hücumun əsasən sol cinahında yer alsa da, mərkəzdə və sağda da oynamağı bacarır. O, ötən il Yunanıstan yığmasının heyətində 6 matçda iştirak edib, 1 qol, 1 assistlə yadda qalıb. Kolovos millidə ümumilikdə 9 matçda meydana çıxıb.